Erməni mətbuatı: "Bakıdan Yerevana erməni hərbi əsirlər aparmalı olan təyyarə boş imiş"

Erməni mətbuatı: "Bakıdan Yerevana erməni hərbi əsirlər aparmalı olan təyyarə boş imiş"
9 Aprel 2021
Mətni dəyiş
Dünən gecə Bakıdan erməni hərbi əsirləri Yerevana aparmalı olan təyyarə boş gedib. Bu haqda Freenews.am saytı məlumat yayıb. Saytın xəbərinə görə təyyarədə Qarabağdakı rus sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradov olub. Ermənistan baş nazirinin mətbuat katibi Mane Qevorkyan dünən erməni mətbuatına deyib ki, erməni əsirlərin yeni qrupu Azərbaycandan Ermənistana gətirilir. Azadlıq radiosunun erməni bürosu və Ermənistanın ictimai televiziyası isə təyyarənin enəcəsi "Erebuni" aeroportundan canlı yayım ediblər. Aeroportda erməni əsirlərin onlarla yaxınları toplaşıb. Sonradan məlum olub ki, təyyarə boş gəlib və ona görə də canlı yayım dayandırılıb. Hökümət məmurları hələlik mövzu haqda heç bir açıqlama verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun