Dubayda dünyanın ən böyük günəş elektrik stansiyası tikilib

Dubayda dünyanın ən böyük günəş elektrik stansiyası tikilib
13 Aprel 2021
Mətni dəyiş
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubayın cənubundakı səhrada dünyanın ən böyük günəş enerjisi parkı yaradılıb. Ən böyük elektrik istehsalçısı olan park Dubay Əmiri Məhəmməd ibn Rəşid Əl Məktumun adını danışıyır. Dubay günəş enerjisi parkı yenilənə bilən enerji növünə yaranan marağın artması ilə inşa edilib və 44 kvadrat kilometr ərazini tutur. Burada milyonlarla fotoelektrik paneli qoşublar ki, bu panellər 320 min evi elektrik enerjisi ilə təmin edə biləcək saatda 1000 meqavatt elektrik enerjisi istehsal edəcək. Günəş enerjisi parkı Dubay Elektrik və Su Təminatı Agentliyinə məxsusdur (DEWA) və agentlik bundan sonra dünyanın ən hündür günəş enerjisi toplayan qülləsini inşa edərək toplanan günəş enerjisinin miqdarını iki dəfə artırmağı hədəfləyir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun