Benyamin Netanyahu: "İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəm"

Benyamin Netanyahu: "İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəm"
13 Aprel 2021
Mətni dəyiş

"İsrailin Baş naziri olaraq mənim siyasətim açıqdır. İranın İsraili məhv etmək üçün soyqırım həyata keçirəcək nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəm. İsrail İranın təcavüzünə və terrora qarşı özünü müdafiə etməyə davam edəcək"

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Amerikanın Müdafiə naziri Lloyd Austinlə görüşdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Netanyahu İranın Natanz nüvə bazasında baş verən partlayışla bağlı isə ümumiyyətlə danışmayıb. Ancaq İran baş verən partlayışda İsraili günahlandırır.

“İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların ləğvinə imkan verməyəcəklər. Bu gün onlar öz məqsədlərinə çatdıqlarını düşünürlər. İsrail hədəflərinə çatmayacaq. İranın nüvə bazasına hücuma görə İsraildən qisas alacağıq”, - bu sözləri isə partlayışdan sonra İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə bildirib ki, İran vaxtı çatanda İsraildən intiqam alacaq. O, hadisə nəticəsində istismardan çıxarılan bütün sentrifuqaların "IR1" olduğunu və onların yeni sentrifuqalarla əvəz ediləcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun