Belarusda müxalifət partiyasının lideri həbs olunub

Belarusda müxalifət partiyasının lideri həbs olunub
13 Aprel 2021
Mətni dəyiş
Belarusda müxalifət partiyası olan BXC (Belarus Xalq Cəbhəsi) partiyasının lideri Qriqori Kostusyov həbs olunub. Bu haqda partiya aprelin 12-də məlumat yayıb. Belarus mediasının məlumatına görə siyastəçi hal-hazırda Minskdə Dövlət Təhlükəsizlik İdarəsinin istintaq təcridxanasındadır. Balarus höküməti hələlik siyasətçinin nəyə görə həbs olunduğunu şərh etməyib. Belarusda keçən ilin avqust ayında Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsindən sonra kütləbi aksiyalar dayanmır. Müxalifət Lukaşenkonun seçkiləri saxtalaşdırdığını iddia edir və yeni, azad seçkilər tələb edir, həmçinin siyasi məhbusların həbsdən azad edilməsi, etiraz aksiyalarında iştirak edənlərə qarşı zorakılıq edən polislərin cəzalandırılması da tələblər arasındadır. Keçən ilin avqustundan indiyə qədər etiraz aksiyalarında iştirak etmiş minlərlə insan həbs olunub, onlar arasında xeyli jurnalist də var. Bir neçə adam isə aksiyalar zamanı öldürülüb. Əvvəllər ölkəboyu baş tutan aksiyalar indi lokal xarakter daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun