Belarus höküməti ölkədə “Euronews” kanalının yayımını dayandırıb, Rusiyanın “Pobeda” kanalını açıb

Belarusiyada Avropa Birliyinin telekanalı olan sutkaboyu dünyada baş verən hadisələr haqda 13 dildə xəbər yayımlayan “Euronews” kanalının yayımı dayadnırılıb. Ölkənin İnformasiya Nazirliyinin məlumatına görə aprelin 2021-ci ilin 12 aprel tarixindən başlayaraq ölkədə yayımına icazə verilən xarici kanallar siyahısından “Euronews” kanalının adı çıxarılıb.

İnformasiya Nazirliyi bu addımını Belarusiyada “Euronews” kanalının yayımı üçün verilən lisenziyanın müddətinin bitməsi ilə əlaqələndirib. İnformasiya Nazirliyinin yaydığı digər məlumatda isə deyilir ki, aprelin 12-də ölkədə başqa bir TV olan “Pobeda” açılacaq. Bu televiziya Böyük Vətən müharibəsindən bəhs edəcək və Rusiyanın birinci kanalı tərəfindən faşizm üzərində qələbənin 75 illiyi münasibətilə yaradılıb.

“Pobeda” kanalının efirində sovet müharibə filmlərinin klassikləri, rus filməri və serialları, müharibə haqda sənədli filmlər, veteranların və tarixçilərin müsahibələri yayımlanacaq.

Xatırladaq ki, keçən həftə Belarusiyada yeni informasiya naziri Vladimir Perçov təyin edilib. Onun təyinatından dərhal sonra isə nazir Belarus informasiya müstəvisində yerli tv-lərə üstünlük verəcəklərini bildirib. O, bu haqda prezidentin konkret tapşırığı olduğunu bildirib.

MƏNBƏgazeta.ru
Əvvəlki məqaləQarabağ müharibəsinin daha bir iştirakçısı intihar edib
Növbəti məqalədəİran: “İsraildən bu hücumun qisasını alacağıq”