“Bayraktar” indi də Ukrayna ordusunda ruslara qarşı istifadə ediləcək

Ukrayna ordusunun ötən həftə Donbassda təmas xətti boyu ilk uçuşunu həyata keçirən “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi separatçıların mövqelərində Rusiyanın “Pantsir-S1”, S-125 və “Tor” zenit-raket komplekslərini aşkar edib. Bu barədə Ukrayna parlamentinin müdafiə və kəşfiyyat məsələləri komitəsinin rəhbəri Yuri Mısyaqin özünün Twitter hesabında bildirib. Deputat Rusiyanı həmin texnikanı geri çıxarmağa və 9 may Qələbə paradında nümayiş etdirməyə çağırıb.

Həmin zenit-raket komppleksləri daha əvvəl Donbass separatçılarının “xalq milisi” qüvvələrinin silahlanmasında yer almırdı. Belə görünür ki, Ukraynanın Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini alması Rusiyanı həmin zenit-raket komplekslərini regiona yeritməyə vadar edib. Hansı ki, Qarabağda “Bayraktar”lar və Azərbaycan ordusunun digər pilotsuz döyüş vasitələri Ermənistan ordusunun silahlanmasında yer alan S-300, “Tor”, “Buk-M”, S-125, “Osa” kimi zenit-raket komplekslərini məhv etmişdi.

MƏNBƏnews.obozrevatel.com
Əvvəlki məqaləHüquq müdafiəçiləri: “Azərbaycanda həbsxanaların vəziyyəti acınacaqlıdır”
Növbəti məqalədəRusiya Türkiyəyə “Bayraktar TB2”-yə görə xəbərdarlıq edib