Bayden yenə təyyarəyə qalxarkən yıxılmaq təhlükəsi ilə üzləşib

Bayden yenə təyyarəyə qalxarkən yıxılmaq təhlükəsi ilə üzləşib
2 Aprel 2021
Mətni dəyiş

Pensilvaniya ştatının Pittsburq kəndinə getmək üçün təyyarəsinə qalxan Amerika prezidenti Co Bayden yenidən yıxılmaq təhlükəsi ilə üzləşib.

Prezident təyyarəsi "Air Force One"-ə qalxarkən Baydenin ayağı büdrəyib. Həmin anlar kameraya düşüb.

Kadrlarda 78 yaşlı prezidentin keçmiş ağrılı təcrübəsi səbəbindən pilləkənlərlə çox diqqətlə qalxarkən büdrədiyi görünür.

Bayden 19 martda Atlantaya səfərindən əvvəl təyyarəsinə minərkən pilləkənlərdə üst-üstə üç dəfə yıxlıb. Baydenin yıxılması günlərdir ölkə mətbuatında və sosial mediada müzakirə edilir.

Əvvəlki hadisədən sonra açıqlama verən keçmiş prezident Donald Tramp deyib ki, bunu gözləyirdim.

[embed]https://www.youtube.com/watch?v=-leC5KIRwtc[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun