Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb

Azərbaycandakı dini konfessiya rəhbərlərinin Ağdama səfəri başlayıb
7 Aprel 2021
Mətni dəyiş

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

Səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər.

Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib və onların ruhuna dualar oxunub. Həmçinin Qurandan ayələr tilavət olunub.

Daha sonra səfər iştirakçıları Ağdama yola düşüblər.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər çərçivəsində Ağdam məscidində namaz qılınacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun