Azərbaycanda koronavirusa yoluxanların sayı azalır, 1 milyona yaxın insan peyvənd vurdurub

Azərbaycanda koronavirusa yoluxanların sayı azalır, 1 milyona yaxın insan peyvənd vurdurub
27 Aprel 2021
Mətni dəyiş
Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1307 yeni hal qeydə alınıb, 2383 nəfər sağalıb, 27 nəfər vəfat edib. Bu barədə çərşənbə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib. Hazırda Azərbaycanda 315 119 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 276 934 nəfəri müalicə olunub, 4429 nəfər vəfat edib. Aktiv xəstə sayı 27904 nəfərdir. Son sutka 11 649 test keçirilib. Digər tərəfdən ölkədə koronavirusa qarşı peyvəndləmə də davam etdirilir.  Belə ki, təkcə bu gün Azərbaycanda 16 583 nəfərə vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 374, ikinci mərhələdə isə bu rəqəm 9 209 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 493 409 nəfər təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun