Azərbaycanda daha 2 192 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 2 192 nəfər koronavirusa yoluxub
10 Aprel 2021
Mətni dəyiş

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib. 30 687 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912, bu günə qədər isə ümumilikdə 3 005 197 test icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun