Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

Artıq bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

Yarışın ilk günündə Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) mübarizə aparacaq.

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov – Nikolae Foça (Moldova)

66 kq

1/16 final. Nicat Şıxəlizadə – Matej Polyak (Slovakiya)

1/16 final: Orxan Səfərov – Amit Boboviç (İsrail)

81 kq

1/16 final. Murad Fətiyev – Vedat Albayrak (Türkiyə)

1/16 final. Hidayət Heydərov – Niklas Blöxl (Almaniya)

100 kq

1/16 final. Zelim Kotsoyev – Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov – Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri – Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

1/8 final. İrina Kindzerska – Lea Fonteyn (Fransa)

Qeyd edək ki, aprelin 16-da start götürəcək yarış üç gün davam edəcək.

Əvvəlki məqaləBu gün 18 mindən çox şagird buraxılış imtahanı verəcək
Növbəti məqalədəAzərbaycan Xarici İşlər Nazirliyi Paşinyana şeirlə cavab verib: “Diz çökəcək qarşıda”