Avropa Birliyi Ukrayna sərhəddində rus hərbçilərinin çoxalmasından narahatdır

Avropa Birliyi Ukrayna sərhəddində rus hərbçilərinin çoxalmasından narahatdır
5 Aprel 2021
Mətni dəyiş
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Cozef Borrel rus hərbçilərinin Ukrayna sərhəddi boyu sıxlaşdırılmasından olduqca narahatdır. Avropa Birliyi birmənalı olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu Cozef Borrel aprelin 4-də Ukraynanın XİN rəhbəri Dmitrli Kuleba ilə görüşündə deyib. Borrel bu məsələni ən yaxın zamanda Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin sammitinə müzakirə etməyi planlaşdırır. Ukraynanın şərqində gərginliyin artmasına görə həmçinin Almaniya və Fransa da narahatdır. Hər iki ölkənin xarici siyasət idarələri tərəfləri səbirli olmağa və silahlı münaqişəni dərhal dayandırmağa çağırıb, həmçinin onlar atəşkəsin pozulmasını qınayıblar. Xatırladaq ki, rəsmi Kiyev Moskvanı Ukraynının şimali və şərq sərhəddlərinə, həmçinin Rusiya tərəfindən işğal olunmuş Kırıma minlərlə yeni hərbçi gətirməkdə ittiham edir. Rusiya ittihamları qəbul etmir. Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya öz ərazilərində hərbçilərinin sayını artırır, ona görə də bununçün narahat olmağa dəyməz.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun