Apple və Facebook-un gəlirləri bu il iki dəfə artıb

Apple və Facebook-un gəlirləri bu il iki dəfə artıb
29 Aprel 2021
Mətni dəyiş
İnternet nəhəngləri Apple və Facebook şirkətlərinin bu ilin üç ayına olan maliyyə hesabatlarına görə gəlirlərini iki dəfə artıb. Belə ki, amerikan şirkəti olan Appenin bu ilin üç ayına görə gəliri 89,6 mlyard dollardır. Bu 2020-ci ilin eyni dövrü ilə müqaisədə iki dəfə çoxdur. Bu gəlirin əsas hissəsi, yəni 50 milyard dolları IPhone telefonlarının satışından gəlib.  Həmçinin Facebook şirkətinin də xalis gəliri bu il iki dəfə artaraq 9,5 milyard dollara çatıb. Facebookun reklamda gələn gəlirləri isə 25,4 milyard dollar olub. Mart ayında facebookun aktiv istifadəçilərinin sayı 2,85 milyard insan olub. Şirkətin Instagram və WhatsApp kimi xəbərləşmə applikasiyalarından bu ay 3,45 milyard nəfər istifadə edib. Facebookun əsas gəliri isə sosial şəbəkələrdə reklamdan gəlib. Digər yandan Rusiyanın Federal İnhisarçılıq Əleyhinə Xidməti facebooku 12,1 milyon dollar miqdarında cərimələyib. Bunun səbəbi facebookun inhisarçılığa qarşı qanunvericiliyi pozması olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun