Almaniya Türkiyəni "yüksək riskli" ölkələrin siyahısına salıb

Almaniya Türkiyəni "yüksək riskli" ölkələrin siyahısına salıb
10 Aprel 2021
Mətni dəyiş

Almaniya Türkiyəni koronavirus epidemiyası ilə əlaqədar yüksək riskli ölkələrin sihasınıa salıb.

Almaniyanın "Robert Koch" insitutunun yaydığı əvvəlki hesabatlara görə, Türkiyə riskli ölkələr siyahısında idi. Sonuncu hesabatla isə yüksək riskli ölkə hesab olunur.

Günlük yoluxma sayı 55 mini ötən Türkiyənin olduğu siyahıda Türkiyə ilə bərabər 40 ölkə var. Hesabatda Ermənistan, Xorvatiya və Ukrayna da yüksək riskli ölkə hesab olunur. Bununla yanaşı, Almaniyanın qonşuları Hollandiya, Polşa, Çexiya da bu siyahıya daxil edilib.

Almaniya öz vətəndaşlarına müraciət edərək bildirib ki, məcburi əhəmiyyət daşımadıqca bu ölkələrə səfər etməsinlər.

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 8-də 258 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 33.201 olub.

Bir gündə 304 min 492 test edilərək 2316 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 55.941-dir. Müalicəsi tamamlanan 37.914 nəfərlə yaxşılaşanların sayı 3 milyon 232 min 892-yə yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun