ABŞ müttəfiqləri ilə Pekin Olimpiya oyunlarını boykot etməyi müzakirə edir

ABŞ müttəfiqləri ilə Pekin Olimpiya oyunlarını boykot etməyi müzakirə edir
7 Aprel 2021
Mətni dəyiş
ABŞ müttəfiqləri ilə birgə 2022-ci ildə Pekində keçiriləcək qış Olimpiya oyunlarının mümkün boykotu haqda müzakirələr aparmağı planlaşdırır. Bu haqda aprelin 6-da ABŞ dövlət departamentinin mətbuat katibi Ned Prays bildirib. O bildirib ki, Pekində keçiriləcək qış Olimpiya oyunlarının boykotu məsələsində koordinə olunmuş yanaşma lazımdır və bu təkcə bizim marağımızda deyil, müttəfiqlərimizin də marağındadır. Onun sözlərinə görə Olimpiya oyunları ilə bağlı necə addım atmaq üzərində müzakirələr və danışıqlar artıq aparılır. Çünki Çinin insan haqqlarını pozması məsələsi artıq narahatverici hal alıb və oyunlara hələlik bir az zaman qaldığı üçün bu müzakirələr intensivləşir. Xatırladaq ki, fevral ayında Cənubi Koreyada fəaliyyət göstərən 180 insan haqqları təşkilatı və orda yaşayan etnik azlıqların nümayəndələri 2022-ci ildə keçriləcək qış Olimpiya oyunlarının dünya ictimaiyyəti tərəfindən boykot edilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmişdi. Təşkilatların yaydığı açıq məktubda deyilirdi ki: "Bununla bağlı istənilən fərqli addım üstü açılmamış insan haqqları pozuntularına yola vermiş avtoritar ölkəyə, Çinin kommunist partiyasına dəstək sayılacaq". Beynəlxalq Olimpiya Komitəsi və onun rəhbəri Tomas Bax hələlik boykot ideyasını "bu məsələnin həlli üçün doğru olmayan addım adlandırıb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun