1993-cü ildən bəri vəzifədə olan Əhməd Əhmədzadə işindən azad edilib

1993-cü ildən bəri vəzifədə olan Əhməd Əhmədzadə işindən azad edilib
2 Aprel 2021
Mətni dəyiş
Prezident İlham Əliyev Əhməd Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamında qeyd olunur ki, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin. Əhməd Əhmədzadə Azərbaycanda ən uzun müddət bir vəzifəni tutan məmurlardan idi və 1993-cü ildən bəri ölkənin meliorasiya sahəsinə rəhbərlik edirdi. Daha əvvəl isə sovet partiya nomenklaturasına daxil olub, raykom katibi işləyib. O, Mərkəzi Bankın sədri Elman Rüstəmovun qudasıdır və oliqarx idi. Əhmədzadənin ailə üzvlərinin çoxşaxəli biznes imperiyası mövcuddur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun