12 ölkə Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb

12 ölkə Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb
2 Aprel 2021
Mətni dəyiş

12 ölkə koronavirus səbəbi ilə Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb. Buna səbəb koronavirus epidemiyası səbəbindən ölkədə qida qıtlığı yaranmağıdır. 

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada nümayəndəliyini bağlayan 12 ölkə arasında Almaniya, İngiltərə, Rusiya və Fransa da var.

Paxytaxta humanitar məqsədlərlə çalışan bütün beynəlxalq təşkilatların əməkdaşları da ölkəni tərk edib. Məlumatlara görə, 290-dan az işçi ölkədə fəaliyyət göstərir.

Rusiya nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, öncədən də qapalı olan ölkədə hazırda heç yerdə görünməmiş sərt karantin, dərmanlar daxil təməl ehtiyacların ödənməsi ilə bağlı ciddi qıtlıq və sağlamlıq problemlərinin həllinin qarşısını kəsən böyük problemlər var.

Hazırda Şimali Koreyada vəziyyətin çox gərgin olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun