Yapon milyarder özü ilə birlikdə aya səyahət üçün 8 yaradıcı adam axtarır

Yapon milyarder Yusaku Maezawa

Yapon milyarderi Yusaku Maezava ictimaiyyətdə olan 8 nəfəri özü ilə aya ekspedisiyaya dəvət edib.

45 yaşlı onlayn moda maqnatı SpaceX kosmik gəmisi ilə aya səyahət üçün özü ilə 8 nəfər sənət adamını aparmaq istədiyini demişdi. Sonradan o tvitterdə yayımladığı videosunda deyib ki, “sənətlə məşğul olan hər kəsi sənətkar adlandırmaq olar”.

“Sizi mənimlə bu missiyaya qoşulmağa dəvət edirəm. Dünyanın fərqli yerlərindən olan 8 nəfər” – deyə o bildirib. “Mən bütün yerləri almışam, ona görə də bu şəxsi səyahət olacaq”.

Namizədlər iki kriteriyaya cavab verməlidir: birincisi yaradıcı olaraq sərhəddləri aşmağa hazır olmalı, ikincisi isə ekipajın digər üzvlərinə həmin işdə yardım etməlidir.

Maezava həmçinin deyib ki, ekspedisiyada 10-12 nəfər iştirak edəcək və onlar ay ətrafında dövrə vuraraq yerə qayıdacaqlar.

DearMoon adlanan missiya 2023-cü ilə planlaşdırılıb. Namizədlər martın 14-ə qədər qeydiyyatdan keçməlidirlər, yekun müsahibə və tibbi baxış isə mayın sonlarına doğru planlaşdırılıb.

Əvvəlki məqaləABŞ prezidenti may ayının sonlarına qədər ölkənin bütün vətəndaşlarını peyvəndlə təmin edəcəklərini deyir
Növbəti məqalədəİki jurnalist 8 aylığına həbs olunub