ÜST-ün hesabatı olduğu iddia edilən sənəd mətbuata sızdırılıb

ÜST-ün hesabatı olduğu iddia edilən sənəd mətbuata sızdırılıb
29 Mart 2021
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatına bağlı qrupun Çinin Uhan şəhərinə ziyarətindən sonra hazırladığı (ÜST) hesabat layihəsinin mətni mətbuata sızdırılıb. 

2 milyon 750 mindən çox insanın ölümünə səbəb olan koronavirusla (Covid-19) bağlı araşdırma aparması üçün təlimatlandırılan 13 nəfərlik mütəxəssis qrupunun hazırladığı sənədlər mətbuata sızdırıldıqdan sonra müzakirələrə səbəb olub.

Hesabatda ən yüksək ehtimal kimi virusun başqa bir heyvandan yarasalara bulaşmağı göstərilib. Digər tərəfdən, əsas ehtimallardan biri olan "virusun laboratoriyada hazırlanması" ehtimalı isə rədd edilib.

Mətbuata sızdırılan sənədin hələ dərc olunmadığı nəzərə alınsa, üzərində dəyişikliklərin olacağı ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər də sənədin yayımlanacağını desə də, hesabat mətbuata təqdim edilməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun