UNICEF: "Məktəblər bağlı qalsa erkən nikahların sayı artacaq"

UNICEF: "Məktəblər bağlı qalsa erkən nikahların sayı artacaq"
4 Mart 2021
Mətni dəyiş

UNICEF koronavirus epidemiyası səbəbindən dünyada 168 milyon uşağın bir ildir məktəbə getmədiyini açıqlayıb. Təşkilat məktəblərin bağlı qalmasının "dağıdıcı nəticələri" olacağına dair xəbərdarlıq edib. 

BMT-nin uşaqlara yardım fondu olan UNICEF-in hesabatına görə, 2020-ci ilin mart ayından 2021-ci ilin fevral ayına qədər 14 ölkədə məktəblər bağlı qalıb. Hesabatda qeyd olunub ki, bu ölkələrin əksəriyyəti Latın Amerika ölkəsidir və həmin regionda 98 milyon uşaq son bir ildə məktəbsiz qalıb.

UNICEF-in direktoru Henrietta Fore məktəblərin bağlı olmaasının beynəlxalq səviyyədə fəlakətə yol açdığını deyərək bildirib ki, hər keçən gün üz-üzə təhsil ala bilməyən uşaqlar təhsildə daha da aşağı düşürlər və xüsusən imkansız təbəqəyə aid olan uşaqlar bu halda daha çox şey itirir.

Fore bu vəziyyətin bir il daha davam etməsi fonunda yaranacaq vəziyyəti təsvir edərək məktəblərin açılması yönündə fəaliyyət planı qurmağı təklif edib.

UNICEF məktəblərin bağlanmasının "dağıdıcı nəticələrə" səbəb ola biləcəyini, o cümlədən erkən nikah və ya uşaq əməyinin istismarı kimi halların artacağını xəbərdar edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun