Türkiyədə həkim Allaha qurban etdiyini deyərək oğlunun boynunu kəsib

Türkiyədə həkim Allaha qurban etdiyini deyərək oğlunun boynunu kəsib
2 Mart 2021
Mətni dəyiş

Türkiyənin Zonquldaq şəhırinin Çaycuma rayonunda A.Yusuf adlı həkim 16 yaşlı oğlunu Allah yolunda qurban deyərək boynunu kəsib. 42 yaşlı həkim polislər tərəfindən saxlanılıb.

Rayonun dövlət xəstəxanalarının birinin təvili yardım şöbəsində çalışan həkim oğlunu maşınına mindirərək meşəlik əraziyə aparıb. Bundan sonra isə üzərində apardığı bıçaqla oğlunun boynunu kəsib,

Daha sonra isə polisə gedərək etdiyi əməli etiraf edib vı polislərə oğlunun yerini deyib. Hadisə yerinə gələn polislər uşağı qanlar içində huşsuz vəziyyətdə tapıblar. Dərhal xəstəxanaya çatdırılan uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Saxlanılan ata polisə ifadəsində deyib ki, özünü Allah yolunda qurban deyib qalstukla boğmağa çalışsa da qalstuk qırılıb. Daha sonra yuxusunda oğlunun Allah yolunda qurban verilməsi istənilib və o, oğlunu meşəyə apararaq boynunu kəsib: "Peşman deyiləm, Allah yolunda etmişəm", - deyə o, vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun