Türk şirkətləri Qarabağda yol, elektrik stansiyası, hava limanı tikəcək

Türk şirkətləri Qarabağda yol, elektrik stansiyası, hava limanı tikəcək
1 Mart 2021
Mətni dəyiş
Azərbaycan 30 ildir Ermənistanın işğalında olan torpaqlarını geri aldıqdan sonra yenidənqurma prossesi başlanılıb. Bu prossesdə Azərbaycan şirkətləri ilə bərabər türk şirkətlərinin də iştirak edəcəyi haqda xəbərlər çıxmağa başlayıb. Türkiyənin "Milliyyet" qəzetinin xəbərinə görə Qarabağdakı tikintilərdə türk firmaları yol tikintisindən tutmuş, elektrik stansiyalarına qədər cürbəcür işlərdə iştirak edəcəklər. Tikinti işləri əsasən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan kimi rayonlarlarda aparılacaq. "Miliyyet" qəzetinin məlumatına görə işğaldan azad olunmuş bölgədə görüləcək ilk iş Füzulidən Şuşaya çəkilən yol layihəsidir ki, bu layihəni türk şirkətləri üzərinə götürüb. 84 km uzunluğunda olacaq yol "Zəfər yolu" adlandırılıb, yolun ilk 51 km-liyinin tikintisində Azərbaycan firmaları da iştirak edəcək, qalan hissəsini isə Türkiyənin Kolin və Cengiz inşaat firmaları üzərinə götürəcək. "Zəfər yolu" ilə paralel 102 km-lik avtomobil yolunu da türk və azərbaycan firmaları birgə tikəcək. "Zəfər yolu"nun avqust ayına kimi, avtomobil yolunun isə ilin sonuna kimi tam bitəcəyi gözlənilir. Türkiyə şirkətləri həmçinin Kəlbəcər yolunun tikintisində baza işləri görəcək. Füzuli rayonunda prezident İlham Əliyevin bu yaxınlarda təməlini atdığı Füzuli Beynəlxalq Hava limanı isə Şuşanı cənubi Qafqazda cazibə mərkəzinə çevirməyi hədəfləyir. Hava limanının tikintisində 15 türk mühəndisi və layihə rəhbəri iştirak edəcək. Hava yolunun eniş xəttinin tikinyisi avqus ayına qədər tamamlanacaq. Hava limanının binası və digər hissələri də türk firmaları tərəfindən tikiləcək. Bundan əlavə türk şirkətləri Cəbrayıl, Şuşa, Zəngilan, Qubatlı, Laçın, Kəlbəcər rayonlarında elektrik stansiyaları da qurulur. Suqovuşan su elektrik stansiyasına əlavə olaraq yeni bir elektrik bloku da tikiləcək. Qarabağda elektrik xəttlərinin ilin sonuna qədər tikilib tamamlanması planlaşdırılır.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun