Sarkozi Qəddafidən rüşvət almağa, hakimə rüşvət verməyə görə 3 illiyinə həbs olundu

Sarkozi Qəddafidən rüşvət almağa, hakimə rüşvət verməyə görə 3 illiyinə həbs olundu
1 Mart 2021
Mətni dəyiş
Fransanın keçmiş prezidenti Nikola Sarkozi üç illiyinə icbari həbs, bir illiyinə isə bir illiyinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə keçmiş prezidenti korrupsiyada taqsırkar bilib. Keçən ilin dekabr ayında baş tutan ilk məhkəmə iclasında prokurorluq Sarkoziyə keçmiş hakim Qilbert Azibertə rüşvət verməkdən tutmuş bir neçə rüşvət faktına görə 2 il icbari olaraq ümumilikdə 4 il həbs istəmişdi. Sarkozi isə bütün ittihamları rədd edib özünü taqsırkar bilmdəyini demişdi. Sarkozi ona qarşı məhkəmələrə edilən şikayətlər haqda məlumat toplamaq üçün vəkillərinin vasitəsilə hakim Qilbert Azibertə rüşvət təklif etməkdə ittiham olunur. Ondan öncə isə Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviya lideri Muammar Qəddafidən qeyri-qanuni maddi dəstək aldığı və kampaniyasını həmin pulla apardığı ilə bağlı şübhələrə görə məhkəmə işi başlamışdı. Sarkozi haqqındakı məhkəmə işləri ilə bağlı vəkili ilə danışmaq üçün xüsusi telefon xətti çəkdiribmiş

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun