Şahzadə Diananın məktubları 67 min 900 funt sterlinqə satılıb

Şahzadə Diananın 1990-1997-ci illər arasında ailə dostlarına yazdığı məktublar auksiona çıxarılaraq 67 min 900 funt sterlinqə (160 milyon yarım manat) satılıb. 

Diananın məktubları 24 il gizli saxlanılıb. O, bu məktubları ailə dostları Roger Bramblə yazıb.

O, məktublarda Şahzadə Charleslə boşandıqlarını və 1993-cü ildəki intihar cəhdindən sonra yaşadığı problemləri yazıb.

Satışda ümumilikdə 36 məktub  olub.

Hərracdan əldə olunan gəlir Diana və Bramble tərəfindən maliyyələşdirilən Britaniya Milli Baleti və Gənc Musiqiçilər Simfonik Orkestri kimi təşkilatlara bağışlanacaq.

Əvvəlki məqaləPapa Fransisk: “Mafiya koronavirusdan istifadə edərək varlanır”
Növbəti məqalədəBMT: “Nigeriyada 26 milyon uşaq gündəlik su ehtiyacını ödəyə bilmir”