Rus oxucuları ən populyar beş şairi seçiblər

Rus oxucuları ən populyar beş şairi seçiblər
18 Mart 2021
Mətni dəyiş
Rusiyada fəaliyyət göstərən MyBook elektron kitabxana servisi rus oxucuları arasında ölkənin ən məşhur şairlərini seçib. Oxucuların fikrincə ən məşhur şairlər Serqey Yesenin, Aleksandr Puşkin və Anna Axmatovadır. Oxucuların daha çox oxuduğu dördüncü şair böyük ingilis dramaturqu Uilyam Şekspirdir, beşlikdə yer alan şair isə Marina Çvetayevadır. Müasir rus şairləri arasında isə oxucuların ən çox oxuduğu yazarları Dmitri Bıkov, Vera Polozkova və Ax Astaxovdur. Rəyi soruşulanların 80 faizindən çoxu şeirlə maraqlandığını etiraf edib, ancaq oxucuların yarısı daim şeir əzbərlədiklərini bildiriblər. MyBook servisi 21 mart şairlər günü münasibətiylə ölkə üzrə keçirdiyi rəy sorğusunda 2 min nəfər iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun