"Qazprom" Ermənistana qazı Azərbaycan vasitəsilə ixrac edəcək

"Qazprom" Ermənistana qazı Azərbaycan vasitəsilə ixrac edəcək
17 Mart 2021
Mətni dəyiş
Rusiyanın dövlət qaz şirkəti "Qazprom" Rusiya qazını Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə ixrac edəcək. "Qazprom"un açıqlamasına görə bunun səbəbi Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində görülən təmir işləridir. Bununla əlaqədar martın 16-da Azərbaycan Dövlət Neft Şirkəti ilə Qazprom arasında Ermənsitana Azərbaycan ərazisi vasitəsilə təbii qazın çatdırılması ilə bağlı qısamüddətli müqavilə imzalanmıb. “Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı istehlakçılara tədarük edilən qazın Gürcüstanla sərhədə qədər Azərbaycan ərazisindən keçəcəyi nəzərdə tutulur. Təmir işləri təxminən üç həftəyə qədər çəkə bilər. Təmir başa çatdıqdan sonra qaz əvvəlki kimi RF və Gürcüstan sərhədindən keçən marşrutla nəql ediləcək”, deyə “Qazprom eksport” əlavə edir. Beləliklə, Azərbaycan Ermənistana qarşı xoş məram jesti edib, Yerevanın bunu qiymətləndirib-qiymətləndirməyəcəyini yaxın gələcək göstərəcək. 2020-ci ildə "Qazprom" Ermənistana 2,209 milyard kubmetr qaz ixrac edib, 2021-ci ilin yanvarında isə bu rəqəm 9 faiz, yəni 310 milyon kubmetr artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun