Qarabağda xidmət edən hərbçilərin maaşlarına 100% və 50% əlavələr ediləcək

Postmüharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

Azərbaycan ordusunun Ermənistanla dövlət sərhəddində və Qarabağ bölgəsində RF sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Əmr bu ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

Əvvəlki məqaləDünya Səhiyyə Təşkilatı: Son yeddi həftədə ilk dəfə koronavirusa yoluxanların sayı artır
Növbəti məqalədəABŞ Navalnın həbsində iştirak edən yüksək vəzifəli Rusiya rəsmilərinə sanksiya qoyub