2 Mart 2021
Mətni dəyiş
Türkiyədə fəaliyyət göstərən İYİ partiyanın sədri Meral Akşener Türkiyə parlamentində uyğur türklərinin başlarına gətirilənlərin soyqırım kimi tanınmasını istədiklərini bildirib.
Akşener deyib ki, Kanada və Hollandiya parlamentləri Çinin uyğur türklərinə qarşı əməllərini "soyqırım" kimi tanıyıb, parlament fraksiyamızdan tələb edirik ki, spikerlə görüşsünlər, prlamentdə uyğur türklərinə qarşı zülmü soyqırım kimi tanısınlar.
Meral Akşener bu günlərdə İstanbulda yaşayan Nursiman Abdurraşid adlı uyğur türkü olan qadını Qərbi Türkistanda yaşanan çin zülmündən danışması üçün Türkiyə parlamentinin tribunasından çıxış etməyə çağırmışdı.