Maduro: "Koronavirus peyvəndi qarşılığında ödəniş kimi neft verməyə hazırıq"

Maduro: "Koronavirus peyvəndi qarşılığında ödəniş kimi neft verməyə hazırıq"
29 Mart 2021
Mətni dəyiş

Venesuela prezidenti Nikolas Maduro koronavirus (Covid-19) peyvəndi qarşılığında ödəniş kimi xam neft verməyə hazır olduqlarını bildirib.  Prezident yerli mətbuata açıqlamasında bununla bağlı çağırış edib. “Venesuelada neft tankerləri var, bizdən neft almaq üçün müştərilər var. Venesuelanın ehtiyac duyduğu bütün peyvəndləri alacaq qədər neftimiz də var. Peyvənd qarşılığında neft! Biz hazırıq ", - deyə o, bildirib. Digər tərəfdən də Feysbuk Maduronun hesabını dondurub. Şirkət bildirib ki, prezident koronavirusun (Covid-19) müalicəsində effektiv olduğunu düşündüyü "Carvativir" adlı bir dərmanla bağlı paylaşım edərək şəbəkənin reklam siyasətindən kənara çıxıb.

Sözügedən videonu hesabdan silən Feysbuk prezidentin hesabını da 30 günlük dondurub.

Feysbuk tərəfindən silinən videoda Maduro kəklikotundan hazırlanan "Carvativir" dərmanının "möcüzə" olduğunu deyib. O, bu dərmandan koronavirusun qarşısının alınmasında və müalicəsində istifadə edilə biləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun