Le Figaro: "Paris Avropa Birliyinin tərk edə bilərmi?"

Le Figaro: "Paris Avropa Birliyinin tərk edə bilərmi?"
15 Mart 2021
Mətni dəyiş

Fransanın "Le Figaro" nəşrinin yazarı Laurent Herble koronavirus müddətində Avropa Birliyinin təsirsiz qaldığını deyib. O bildirib ki, Avropa Birliyi virusa qarşı öz rolunu oynaya bilməyib, buna görə Fransa Avropa Birliyini tərk edə bilər. 

"Avropa Birliyində sonun başlanğıcımı?" başlıqlı məqalədə qeyd olunub ki, dünyanın bir çox ölkəsi koronavirus pandemiyası dövründə itkilərin fonunda ağır imtahanlar verib. Avropa Birliyi və birlik ölkələri pandemiya qarşısında çarəsiz qalıblar.

Müəllif məqaləsində Fransanın da İngiltərə kimi AB-dən çıxa biləcəyini bildirərək, "Frexit" bənzətməsindən istifadə edib.

Müəllif Avropa Birliyinin pandemiya dövründə iqtisadi böhran qarşısında da çarəsiz qaldığını yazıb:

"Avropa Birliyi bizi maliyyə, iqtisadi və tibbi böhrandan qoruya bilmədi. Birlik işlərimizi iflic edən, diqqətimizi yayındıran və bizi qorumaq üçün heç bir şey etməyən bürokratik bir quruluşdur", - deyə Laurent Herble qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun