Keçən il Ermənistana qoyulan xarici investisiya 11 dəfə azalıb

Keçən il Ermənistana qoyulan xarici investisiya 11 dəfə azalıb
19 Mart 2021
Mətni dəyiş
2020-ci ildə Ermənistana qoyulan xarici investisiya 2019-cu illə müqaisədə 11 dəfə azalıb, 2019-cu ildə isə bu rəqəm 2,5 dəfə azalmışdı. Bu haqda martın 19-da ictimai müzakirə zamanı Ermənistan parlamentinin deputatı "Çiçəklənən Ermənistan" parlament fraksiyasının üzvü Mikayel Melkumyan bildirib. O əlavə edib ki, Ermənistanın 2020-ci il əzində ticarət dövriyyəsi 7,1 milyard dollar olub, 2019-cu illə müqaisədə bu rəqəm də 13,2 faiz azalıb. 2019-cu ildə bu rəqəm 8,2 milyard dollar olub. Ermənistanın üzv olduğu Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə ixrac dövriyyəsi isə 2020-ci ildə 705,3 milyon dollar olub. Bu rəqəm də keçən illə müqaisədə 8,3 faiz azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun