Kataloniyada dövlət məktəblərində İslam dini tədris olunacaq

Kataloniyada dövlət məktəblərində İslam dini tədris olunacaq
4 Mart 2021
Mətni dəyiş
İlk dəfə olaraq İspaniyanın muxtar vilayəti olan Kataloniyanın dövlət məktəblərində uşaqların İslamı öyrənməsinə şərait yaradılacaq. Pilot layihə Kataloniyanın təhsil departamenti tərəfindən ilkin olaraq altı təhsil müəssisəsində həyata keçirilib. Məqsəd etiqad azadlığını təmin etmək və sosial bərabərliyə, inteqrasiyaya şərait yaratmaqdır. Yerli hökümət növbəti ildən bu layihəyə daha çox məktəbin qoşulacağını istisna etmir. Kataloniya təhsil departamentinin rəhbəri Mayte Ayremiç deyib ki, bu müsbət təcrübə olub. Bunun köməyi ilə bir neçə önyarqını dağıtmaq mümkün olub. İslam qapalı qruplardan və məhdud dairələrdən çıxıb, bu da dini daha yaxşı anlamamıza imkan yaradır.
İspaniyada katolik ənənə olduqca güclüdür və bütün məktəblərdə katolisizm dərsi keçilir. Dini təhsil əsas proqrama daxil edilir, ancaq məcburi deyil. İspaniyanın müsəlman icması isə müsəlman uşaqlarının da öz dinləri ilə bağlı təhsil almalarına imkan verilməsini tələb edir. İspanların bir qismi isə dinin məktəblərdə tədris olunmasına qarşıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun