İsrail martın sonlarına qədər bütün vətəndaşların koronavirusa qarşı peyvəndləməyi hədəfləyir

İsrail martın sonlarına qədər bütün vətəndaşların koronavirusa qarşı peyvəndləməyi hədəfləyir
3 Mart 2021
Mətni dəyiş
İsrail dünyada bütün həddi-buluğa çatmış vətəndaşlarını koronavirusa qarşı peyvəndləmiş ilk ölkə olmaq iddiasındadır. Baş nazir Benyamin Natanyahu koronavirusa qarşı peyvənd istehsalçısı olan Pfizer şirkəti ilə yeni müqavilə haqda çıxışında bəyan edib. Bu yolla hökümət düşünür ki, mart ayının sonlarına qədər ölkənin 16 yaşdan böyük bütün vətəndaşları peyvəndlənəcək. Hələliksə İsraildə yoluxmalar artıq, ölkənin dörddə bir ərazisi sərt karantin altındadır. Baş nazir Benyamin Netanyahu çıxışında deyib ki: "Xəstəlik üzərində qələbə yaxındadır, son səylərimizi göstəririk. Mən bütün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırıram. Biz bir-birimizin qayğısına qalmalıyıq, koronavirus bizlər arasında fərq qoymur, ona görə də hər kəsin qeydinə qalınmalıdır. Karantinə əməl etmək lazımdır, bu bizim sonuncu səylərimizdir" Xatırladaq ki, İsrail əhalinin peyvəndlənməsi işinə görə dünyanın bütün ölkələrindən irəlidədir: son üç həftə ərzində bu ölkədə yarım milyon insan peyvəndlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun