İngilis kral ailəsinin gəlini Bukinqem sarayında üzləşdiyi irqçilikdən danışıb

İngilis kraliçası II Yelizaveta, onun gəlini Meqan Markl və Şahzadə Harri.

İngilis kral ailəsinə məxsus olan şahzadə Harrinin arvadı Meqan Markl bu yaxınlarda mətbuat üçün açıqlamasında kraliyyət ailəsində irqçilikdən bəhs edib. O, yeni doğulacaq uşağının dəri rənginin necə olacağı ilə bağlı kraliyyət ailəsinin bəzi üzvlərinin çox narahat olduğunu deyib. Meqan Marklın bu sözlərindən sonra ingilis cəmiyyətində qalmaqal yaranıb. 

Meqan Marklın açıqlamasından sonra Kral ailəsinin yaşadığı Bukinqem sarayı kraliça II Yelizavetanın adından açıqlama yayıb. Açıqlamada Meqan Marklın sözlərinin Bukinqem sarayı tərəfindən araşdırıldığı bəyan edilib. Bəyanatda deyilir ki, son bir neçə ilin şahzadə Harri və Meqan Markl üçün necə çətin keçdiyinin fərqindədirlər və bu iki adam həmişə kraliyyət ailəsinin sevimli üzvləri olaraq qalacaq. II Yelizavetanın bəyanatında həmçinin o da vurğulanır ki, Meqan Markl tərəfindən qaldırılan məsələlər, xüsusilə də irqçiliklə bağlı iddialar narahatlıq yaradır. Ailə belə məsələləri çox ciddi araşdırır və bütün ailə üzvləri onu birlikdə müzakirə edəcək.

Bəyanatın sonunda deyilir ki, bəyanat II Yelizaveta, onun oğlu Uels şahzadəsi Çarls və nəvəsi Kembric hersoqu Uilyam tərəfindən oxunub və razılaşdırılıb.

Martın 7-də Meqan Markl və şahzadə Harri ABŞ telekanallarının birinə məşhur aparısı Opra Uinfriyə iki saatlıq müsahibə verib. Müsahibəyə 17,1 milyon insan baxıb.

Söhbət zamanı Markl deyib ki, onun ağlına intihar fikirləri gəlib və ərinin ailəsi tərəfindən rasizmlə üzləşib. Onun sözlərinə görə kraliyyət ailəsi üzvləri tez-tez yeni doğulacaq uşağının dərisinin nə qədər qara olacağı ilə bağlı narahatlıq keçiriblər.

MƏNBƏThe Sun
Əvvəlki məqalə“Burqer Kinq” 8 martla bağlı paylaşımını silib və üzr istəyib
Növbəti məqalədəAvropa İttifaqının xüsusi nümayəndəsi Bakıya səfərə gəlib