Hökumət Pənah Hüseynə də ofis verdi

Hökumət Pənah Hüseynə də ofis verdi
30 Mart 2021
Mətni dəyiş

Azərbaycan Xalq Partiyasına ofis verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Məlumata görə, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edib.

Bundan əvvəl də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib.

Rəsmi açıqlamada deyilir ki, yaxın günlərdə digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun