Hesablama Palatası QHT fondunda, İqtisadiyyat Nazirliyi də "Bazarstore"-də pozuntu aşkar edib

Hesablama Palatası QHT fondunda, İqtisadiyyat Nazirliyi də "Bazarstore"-də pozuntu aşkar edib
1 Mart 2021
Mətni dəyiş

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.

Bu barədə məlumatlar hökumətə yaxın mətbuat orqanlarında yayılıb.

Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Bu barədə nazirlik məlumat verib.

Məlumatda həmçinin deyilir ki, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda "PAK-46" ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun