Ermənistanda müxalifət Paşinyanın növbədənkənar seçki çağırışını rədd edib

Ermənistanda müxalifət Paşinyanın növbədənkənar seçki çağırışını rədd edib
4 Mart 2021
Mətni dəyiş

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin müəyyən şərtləri qəbul edəcəyi təqdirdə erkən seçki keçirməyə hazır olduğunu bildirdikdən sonra müxalifət baş nazirə cavab verib.

"Interfax" agentliyinin verdiyi məlumata görə, müxalifət Paşinyanın təklifini rədd edib.

Məlumata görə, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyan istefa verməsə, seçkilərə getməyəcəklərini bildirib.

Bundan əvvəl Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Paşinyanı istefaya çağırıb. Paşinyan isə bunu çevriliş cəhdi kimi dəyərləndirərək, tərəfdarlarını meydana çağırıb. Bundan sonra isə Baş Qərargah rəsini vəzifədən uzaqlaşdırıb, ancaq Ermənistanın prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın ordunun Baş Qərargah rəisini işdən çıxartmaq tələbini rədd edib.

Ermənistanda Qarabağ müharibəsindən sonra, daxili gərginlik artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun