Ermənistanda hərbi vəziyyət ləğv olunub

Ermənistanda hərbi vəziyyət ləğv olunub
24 Mart 2021
Mətni dəyiş

Ermənistan parlamenti Qarabağdakı hərbi əməliyyatlara görə tətbiq etdiyi komendant rejimini ləğv edib. 

Parlamentin iclasında bununla bağlı səsvermə olub və 118 millət vəkilinin səsi ilə ölkədəki hərbi rejim ləğv edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 27 sentyabr 2020-ci ildə Ermənistan hökumətinin Qarabağdakı vəziyyətə görə ölkədə "müharibə vəziyyəti" və "ümumi səfərbərlik" elan etdiyini açıqlamışdı.

Ermənistan ordusu ötən il Qarabağ müharibəsində Azərbaycana uduzmuş və işğal etdiyi torpaqların əsas hissəsindən çıxmışdı. 44 günlük müharibədən sonra bununla bağlı Rusiyanın vasitəçiliyi ilə 10 noyabr bəyanatı imzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun