Erməni müxalifəti bu gün də nəhəng mitinq keçirməyi planlaşdırır

Erməni müxalifəti bu gün də nəhəng mitinq keçirməyi planlaşdırır
1 Mart 2021
Mətni dəyiş
Ermənistan müxalifətindən olan "Vətənin xilası" partiyası növbəi mitinqini martın 1-i saat 4-ə təyin edib. Mitinq yenə də Baqramyan prospektində olacaq. Bu haqda baş nazir postuna iddia edən Vazqen Manukyan elan edib. Vazqen Manukyan deyib ki, keçən həftənin şənbə günündən biz irəliyə doğru addımlayırıq. Bazar ertəsi günü mitinqə toplaşaraq ölkənin niyə bu hala düşdüyü haqda düşünməyə başlamalıyıq. Ümüd edirəm ki, bazar ertəsi polis və Milli Təhlüləsizlik Bürosunun da orduya dəstək verməsini eşidəcəyik. Xatırladaq ki, şənbə günü Ermənistanın prezidenti Armen Sakisyan Baş qərargah rəisi Onik Qasparyanın baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilmə qərarını ləğv edib. Bununla da ölkədə siyasi böhran daha da dərinləşib. Erməni müxalifəti artıq 4 gündür paytaxtın mərkəzi prospekti olan Baqramyan prospektini bağalyıb. Orada çadırlar qurulub və insanlar çadırlarda gecələyir. Paşinyanın istefası tələbi ilə sutkaboyu aksiyalar keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun