Erməni deputat: "Əgər müxalifətin Azərbaycanla əlaqələri varsa qoy əsirlərimizi qaytarsınlar"

Erməni deputat: "Əgər müxalifətin Azərbaycanla əlaqələri varsa qoy əsirlərimizi qaytarsınlar"
8 Mart 2021
Mətni dəyiş
Keçən həftəsonu Erməni parlamentinin hakimiyyətyönmlü deputatları Erablur şəhidlər xiyabanını ziyarət edib. Ziyarətdən sonra parlamentdəki "Mənim addımım" iqtidar fraksiyasının deputatı Andranik Koçaryan jurnalsitlərin suallarını cavablayıb. O jurnalsitlərə 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin Təhqiqat komissiyasının fəaliyyəti haqda məlumat verib. Andranik Köçəryan deyib ki, 2020-ci ildəki 44 günlük müharibə Aprel döyüşlərinin daha geniş miqyaslı davamı idi. "Son müharibəni analiz etməzdən öncə gərək daxili sakitliyimizi təmin edək. İlk növbədə hərbi rəhbərliyimiz bu müharibənin nəticələrini öyrənməlidir, çünki biz genişmiqyaslı dəyişikliklərin astanasındayıq və bunu mümkün qədər tez həyata keçirməliyik".
Andranik Koçaryan həmçinin Azərbaycanda əsirlikdə qalan ermənilər haqda danışıb. O deyib ki, əsirlərin qaytarılması üçün hər yola əl atılır, hətta şəxsi münasibətlərdən də istifadə edilib. O həmçinin Milli Təhlükəsizlik Bürosunun keçmiş direktoru, indi hakimiyyətə müxalif olan Artur Vanesyanın "əsirləri şəxsi münasibətlərimlə ikicə günə qaytararam" fikrinə də münasibət bildirib. O deyib ki, Vanesyan dürüst adam deyil, bu məsələni iki günə həll etmək mümkünsüzdür. "Bizim hələ birinci müharibədən problemlərimiz var. Artur Vanesyanın belə əlaqələri varsa qoy o əsriləri qaytarsın. Qaytara bilmirsə bu əlaqələr kimə lazımdır? Bəlkə o həmin əlaqələri ilə bu xalqı satmaq və hakimiyyətə gəlmək istəyir. Bu əlaqələr öz övladlarından xəbərsiz qalan ailələr üçün lazımdır. Qoy Vanesyan siyasətdə bu cür spekulyasiyalarla məşğul olmasın".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun