Dünyanın kətan üzərindəki ən böyük rəsmi 62 milyon dollara satılıb

İngiltərəli rəssam Saca Cafri tərəfindən çəkilən dünyanın kətan üzərində ən böyük rəsmi Dubayda 62 milyon dollara (114 milyon manat) satılıb. 

Ərisəyə gəlməsi 7 ay çəkən sənət əsəri 70 fərqli parçadan hazırlanıb. Əsər Ginnesin Rekordlar Kitabına düşüb. Cafri kətanın bir-birinə bağlı dörd hissəyə bölündüyünü, birincinin “Dünyanın ruhu”nu təmsil etdiyini, digərlərinin isə təbiət, insanlıq və daha geniş kainatı ifadə etdiyini söyləyib.

Rəsmin satışından əldə olunan gəlirin Dubai Cares, UNICEF, UNESCO və Global Gift Foundation kimi xeyriyyə fondlarına veriləcəyi bildirilib.

Əsərin yeni sahibi olan “Altius Gestion International Holding”-in baş icraçı direktoru Andre Abdoune də açıqıqlama: “Uşaq ikən yeməyim yox idi. Ömrüm boyu uşaqlara kömək etməyi qarşıma əsas məqsəd kimi qoymuşdum”, – deyə o, bildirib.

Əvvəlki məqaləTunis ölkədən qaçırılan pulları geri qaytarmaq üçün BMT-də sənəd qəbul etdirib
Növbəti məqalədəAzərbaycanda peyvənd olunanların sayı yarım milyonu keçib