Doqquz Füzuli sakini kənar yollarla azad olunmuş ərazilərə keçərkən saxlanılıb

Doqquz Füzuli sakini kənar yollarla azad olunmuş ərazilərə keçərkən saxlanılıb
3 Mart 2021
Mətni dəyiş
Çərşənbə günü nəzarət postlarından kənar yollarla işğaldan azad edilən ərazilərə keçmək istəyən dörd nəfər Füzuli sakini saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qayda pozuntusuna yol vermiş şəxslər rayon polis şöbəsinə aparılıb. Onlar barəsində inzibati tədbirlər görüləcək. Xatırladaq ki, mina partlaması ilə əlaqədar ölkə hakimiyyəti azad edilmiş ərazilərə girişi qadağan edib. 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların başa çatmasından sonrakı dövr ərzində 20 nəfərə yaxın insan – hərbiçilər və mülki şəxslər minaya düşüb. Onların əksəriyyəti həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun