Donetsk separatçı rejimi əsgərlərə Ukrayna mövqelərinə qabaqlayıcı atəş açmağa icazə verib

Donetsk separatçı rejimi əsgərlərə Ukrayna mövqelərinə qabaqlayıcı atəş açmağa icazə verib
4 Mart 2021
Mətni dəyiş

Qondarma Donetsk Xalq Respublikası ordunun Ukrayna ordusunun mövqelərinə qabaqlayıcı atəş açmasına icazə verib.

Bu barədə məlumatı Qondarma Donetsk Xalq Respublikası mətbuat xidməti yayıb.

Məlumata görə, orduya düşmənin atəş nöqtələrini susdurmaq və məhv etmək üçün qabaqlayıcı atəş icazəsi verilib.

Ukraynadan birtərəfli müstəqilliklərini elan edən separatçı Donetsk və Luqansk Xalq Respublikaları 27 iyul 2020-ci il tarixində bölgədə atəşkəsin yaradılması üçün Kiyev rəhbərliyi ilə yeni tədbirlər barədə razılığa gəlmişdilər. Razılaşmaya uyğun olaraq, hər iki tərəfin verdiyi təlimatlarla Donbas bölgəsində tam və hərtərəfli atəşkəs qüvvəyə minmişdi.

Azərbaycanın Qarabağ müharibəsindən sonra bölgədə psixoloji gərginlik artıb. Separatçı rejim və Rusiya dairələri bunu Türkiyənin Qarabağ müharibəsində uğurla sınaqdan keçirdiyi silahları Ukraynaya satması ilə əlaqələndirsə də Ukrayna bunu qəbul etmir və Rusiyanın Xerson bölgəsinə nəzarət etməsi üçün yeni müharibə planları qurduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun