Çempionlar Turunda qalib bəlli oldu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin qalibi müəyyənləşib.

“Magnus Carlsen Invitational” adlanan yarışın həlledici görüşündə rusiyalı Yan Nepomnyaşini məğlub edən niderlandlı Aniş Giri çempion olub.

İlk gündə olduğu kimi, ikinci gündə də 4 partiya heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan tay-brekdə daha inamlı təsir bağışlayan Giri yekunda 4:2 hesablı qələbə qazanaraq, 60 000 ABŞ dolları məbləğində mükafata sahib çıxıb. Nepomnyaşinin qazancı isə 40 000 ABŞ dolları olub.

3-cü yer uğrunda qarşılaşmada ABŞ təmsilçisi Uesli Soya qalib gələn Maqnus Karlsen isə 25 000 ABŞ dolları qazanıb.

Əvvəlki məqaləBu gündən Azərbaycanda 40 yaşlıların peyvəndlənməsinə başlanılır
Növbəti məqalədəBayden Türkiyənin İstanbul Konvensiyasından çıxmasına reaksiya verib