Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək
1 Mart 2021
Mətni dəyiş

Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası baş tutacaq.

İclas videogörüş formatında keçiriləcək. Bu sayca dördüncü görüş olacaq.

İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin (Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası – Report) yüksək səviyyədə təsdiqləməsi üçün təqdim etməlidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun