Böyük Dəbilqə: 7 cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: 7 cüdoçumuz mübarizəyə başlayır
26 Mart 2021
Mətni dəyiş

Azərbaycanın 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.

60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyava tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.

52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqado ilə (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanla (Böyük Britaniya) qarşılaşacaq.

Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun