BMT-nin Yəmən üçün lazım olan yardım pulunu toplaya bilməməsi xəyal qırıqlığı yaradıb

BMT-nin Yəmən üçün lazım olan yardım pulunu toplaya bilməməsi xəyal qırıqlığı yaradıb
2 Mart 2021
Mətni dəyiş

Yardım üçün təşkil olunan toplantıdan sonra çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş beynəlxalq birliyin Yəmən üçün təxminən 1,7 milyard dollar ayırdığını bildirib.

Quterreş humanitar böhran və aclıq riski olan Yəməndə hədəflənən yardım pulunun toplanılmadığını bildirib. Belə ki, aclığın qarşısını almaq üçün təşkil edilən beynəlxalq yardım konfransında 3.8 milyard dollar toplanılması hədəflənsə də ancaq 1.7 milyard dollar toplanıb.

Milyonlarla yəmənlinin aclıqla mübarizə apardığını və köməyə ehtiyacı olduğunu vurğulayan Quterreş beynəlxalq birliyin xəyal qırıqlığı yaratdığını bildirib.

Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə humanitar böhran vətəndaş müharibəsi səbəbindən dəhşətli səviyyəyə çatıb.

BMT-nin hesabatına görə, dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı Yəməndə əhalinin 80%-i humanitar yardıma ehtiyac duyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun