BMT: "Nigeriyada 26 milyon uşaq gündəlik su ehtiyacını ödəyə bilmir"

BMT: "Nigeriyada 26 milyon uşaq gündəlik su ehtiyacını ödəyə bilmir"
22 Mart 2021
Mətni dəyiş

Qərbi Afrika ölkəsi Nigeriyada 26,5 milyondan çox uşağın su ehtiyaclarının tam ödənmədiyi bildirilir. 

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) təmsilçisi Peter Hawkin "Ümumdünya Su Günü" səbəbilə verdiyi açıqlamada bu ərazidə yaşayan icmaların səth sularına bağlı olduqlarını qeyd edib.

Hawkins ölkədəki 26,5 milyondan çox uşağın gündəlik su ehtiyaclarını ödəmək üçün yetəri qədər suya sahib olmadıqlarını bildirib: "Dünyada su böhranı var və bu böhranın ən böyük qurbanları uşaqlardır", - deyə o, vurğulayıb.

Açıqlamada o da qeyd olunub ki, ümumilikdə Nigeriyada 86% insanın etibarlı su mənbələrinə çatımlılığı yoxdur.

Hawkins nigeriyalıların lazımi və təmiz suya sahib olmalarını təmin etmək üçün daha çox iş görmək lazım olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun