Beş partiya YAP-a birləşib

Beş partiya YAP-a birləşib
4 Mart 2021
Mətni dəyiş

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.

Partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. V.Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Bundan əvvəl Yurddaş Partyası YAP-a birləşmək barədə qərar qəbul edib. Bundan başqa, azı daha 3 partiyanın da (ümumilikdə 5 siyasi partiya) YAP-a qoşulmaq barədə qərar qəbul etdiyi bildirilir.

YAP-ın qurultayı sabah, martın 5-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun