Bayden Türkiyənin İstanbul Konvensiyasından çıxmasına reaksiya verib

Bayden Türkiyənin İstanbul Konvensiyasından çıxmasına reaksiya verib
22 Mart 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden Türkiyənin İstanbul Konvensiyasından çəkilməsinə reaksiya verib. Bayden bu qərarı böyük xəyal qırıqlığı yaradan cəsarətsiz addım kimi xarakterizə edib.

Bayden deyib ki, Türkiyənin bu addımı qadına yönəlik zorakılığın qlobal səviyyətdə mübarizəsinə mənfi təsir edəcək.

Fransa da Türkiyə prezidentinin bu qərarını pisləyib.

Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drian bildirib ki, Türkiyə rəsmilərinin qadına qarşı zorakılıqla mübarizədə İstanbul Konvensiyasından çəkilmə qərarları Fransada üzüntü yaradıb: "İnsan haqlarındakı bu eniş narahatlıq doğurur", - deyə o, vurğulayıb.

Türkiyə martın 20-si gecə saatlarında "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Avropa Şurasının Konvensiyasından (İstanbul Konvensiyası olaraq tanınır) çıxıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun